SUAL-CAVAB
Burada platforma ilə bağlı istifadəçilər tərəfindən soruşulan ən çox verilən sualları və cavablarını görə bilərsiniz.
E-tam.az vasitəsi ilə siz bəyannamələri onlayn olaraq göndərə bilərsiniz. Bunun üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə daxil olmazdan əvvəl tələb olunan məlumatlar gömrük orqanına elektron formada təqdim edilməlidir . Gömrük qanunvericiliyinin tələbləri çərçivəsində təqdim edilmiş tranzit bəyannaməsinin müəyyən edilmiş şərtlərə uyğunluğu yoxlanıldıqdan sonra təsdiq edilir.
Bəyannamə göndərmək üçün əvvəlcə sistemdə Qeydiyyat bölməsinə keçid edərək formu doldurub qeydiyyatdan keçirik, daha sonra Son bəyannamələrim bölməsinə keçid edirik və Yeni Bəyannamə düyməsini klikləyirik. Qarşımızda açılan formu dolduraraq bəyannamə yarada bilərik.
Bəyannamələr üzrə ödəniş müraciətdən sonra Əsas və Əlavə səhifələrin sayına əsasən tənzimlənir. Göndərdiyiniz bəyannamə üzrə ödənişə şəxsi kabinetinizdə Son Bəyannamələrim hissəsindən nəzər yetirə bilərsiniz.